Tofiq Yaqublunun oğlu hərbi tibb müəssisəsinə göndəriləcək
16:47 18 Avqust 2020
Müdafiə Nazirliyi sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyac olması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Femida.az-a verilən məlumatda deyilir:
"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar. 2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış əsgər R.Yaqublu ilə bağlı bildiririk ki, o, hazırda hərbi xidmətdədir və xidmətini normal şəraitdə davam etdirir. Xidmətlə bağlı hər hansı bir narazılığının olmadığını özü də etiraf edir.
Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub. Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.
Qeyd edirik ki, hər bir hərbi qulluqçunun özünün və ailə üzvlərinin istənilən müraciətinə həssaslıqla yanaşılır, məsələnin dərhal araşdırılaraq müsbət həlli istiqamətində müvafiq tədbirlər görülür. Hərbi xidmətdə olduğu müddətdə zərurət yarandıqda hər bir əsgər peşəkar hərbi həkimlərimiz tərəfindən müayinə və müalicə olunurlar. Bir daha bildiririk ki, sosial şəbəkələr vasitəsilə məsələnin siyasiləşdirilərək hərbi xidmətə müdaxilə edilməsi cəhdini qəti surətdə rədd edir və bu kimi hərəkətləri qəbuledilməz hesab edirik".
Qeyd edək ki, R.Yaqublu hazırda həbsdə olan müsavatçı Tofiq Yaqublunun oğludur.
Femida.az
Oxunub: 1202
Oxşar xəbərlər
- Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
- Tofiq Babanlı vəfat edib
- Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
- Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
- Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
- Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum olub
- Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək
- Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub - RƏSMİ
- Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
- Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı