Cəbhədə nə baş verir?
10:02 19 Avqust 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.
Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Acarlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 1162
Oxşar xəbərlər
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR: Qələbə bizimlədir!
- Cəbhədəki son vəziyyətlə bağlı açıqlama
- Cəbhədə son vəziyyət
- Cəbhədən SON XƏBƏR
- Cəbhədə son vəziyyət – DÜŞMƏN ATƏŞKƏSİ YENƏ POZDU
- Cəbhədə vəziyyət necədir? - Rəsmi açıqlama
- Cəbhədə son vəziyyət necədir? - MN-dən AÇIQLAMA