Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir
10:14 19 Avqust 2020
Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.
Femida.az xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplanır.
Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşları ilə nikahda olan, ölkədə daimi və ya müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.
Onların ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ olub.
Səfirlikdən həmin şəxslərə COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Səfirlikdən bildirilib ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 060 nəfərin təxliyəsi təşkil olunub. Bununla yanaşı, digər ölkələrdən 398 Azərbaycan vətəndaşı da Gürcüstan ərazisi vasitəsilə Vətənə çatdırılıb.
Oxunub: 1173
Oxşar xəbərlər
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstandan Azərbaycana gələn yük avtomobillərində siqaretlər aşkarlanıb
- Baş infeksionist: “Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var”
- Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
- Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir
- Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur
- Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək
- Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə..."