Ağstafa RİH-də yeni təyinatlar olub
12:20 19 Avqust 2020
Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinatlar olub.
Rayon İcra Hakimiyyətindən Femida.az-A verilən məlumata görə, Ağstafa Rayon Statistika İdarəsinin rəisi Kənan İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının məsləhətçisi Nəsimi Hacıyev həmin şöbəyə aparıcı məsləhətçi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının aparat rəhbəri vəzifəsinə Tağı İmamverdiyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayon Statistika İdarəsinin rəisi təyin olunublar.
Bundan başqa, Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi, Naqif Mehdiyev Ağstafa RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, Zakir Nəsibov Ağstafa RİH başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifələrinə təyin olunublar.
Oxunub: 1170
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafanın qazla təchizatında fasilə yaranacaq
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb