Şirvanda 80 yaşlı kişi itkin düşüb - FOTO


12:59     19 Avqust 2020 20_08_19_1597826827.jpg

Şirvanda 80 yaşlı kişi itkin düşüb.

Femida.az -ın məlumatına görə, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11, mənzil 34-də yaşayan, 1940-cı il təvəllüdlü Nağayev Rəhbər Şəkəralı oğlu ötən gün evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, ahıl kişinin yaddaş pozğunluğu olub. Evdən çıxanda onun əynində zolaqlı köynək və başında papaq olub.

Onu görənlərdən 0212156846 nömrəsinə və ya 0212151450 Şirvan polis şöbəsinə zəng etmələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 1058