Kürdəmir İcra hakimiyyətində əməliyyat keçirilir


13:15     19 Avqust 2020 20_08_19_1597829037.jpg


Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

Femida.az xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

Femida.az

Açar sözlər: #Kürdəmir   #icra   #DTX   #əməliyyat   #korrupsiya   #rüşvət  

Oxunub: 4604