“Lider TV”-nin apellyasiya şikayəti təmin edilmədi
13:26 19 Avqust 2020
Bakı Apellyasiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Hakim Raqib Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və qətnamə isə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.
“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir. / Report
Femida.az
Oxunub: 1186
Oxşar xəbərlər
- Arterial hipertoniya qeyri-infeksion xəstəliklər sırasında liderdir
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
- Kreml: "Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib"
- Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub
- Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək
- Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq edib
- Ərdoğan: "İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir"
- Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər