Metropolitendən “Qəbələ“ azarkeşlərinə xəbərdarlıq


20:02     10 Dekabr 2015 moscow-metropoliten.jpg


"Bakı Metropoliteni" QSC Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qəbələ" və Rusiya "Krasnodar"ı arasında keçiriləcək oyunu stadiondan izləyəcək azarkeşlərə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev
Femida.az-a bildirib ki, metro stansiyalarının qapıları gecə saat 00:30-a qədər açıq olacaq.

Onun sözlərinə görə, "Qəbələ" klubunun müraciəti müsbət dəyərləndirilsə də, azarkeş sayı az olacağı təqdirdə, iş vaxtı göstərilən müddətdə başa çatacaq: "Stadionda olan hüquq-mühafizə əməkdaşları ilə də əlaqədə olacağıq. Say az olarsa, artıq işləməyə ehtiyac yoxdur. Ancaq kütlə çox olacağı təqdirdə 23 stansiyanın hamısı saat 01:30-dək də işləyə bilər. Keçən dəfə də klub müraciət etmişdi və müsbət cavablandırmışdıq. Saat 01:00-dək işləyəcəyimizi demişdik. Amma saat 00:30-dək 50-yə yaxın adam gəldi və biz də qapıları bağladıq. Keçən oyunda bir neçə jurnalist 1-ə qalmış gəlib və onları içəri buraxmayıblar. Bu da iş vaxtının bitməsi ilə əlaqədardır. "Qarabağ"ın oyununda da işləyirik. Orada söhbət 15-20 mindən gedir. Ancaq 40-50 nəfərə görə, metronu 1 saat əlavə işlətmək lüzumsuzdur. Həmişə avrokuboklarda çıxış edən klublara dəstək olmuşuq. Nə vaxt müraciət ediblərsə, müsbət cavablandırmışıq".

Klubun baş meneceri Zaur Əzizov isə "Report"a açıqlamasında məsələyə bu cür münasibət bildirib: "Bakı Metropoliteninə müracət etmişik. İdarədən sədr müavini zəng vurub dedi ki, istəyiniz təmin olunub. Azarkeşlər sözsüz ki, 00:30-dək çıxıb gedəcəklər. Üstəlik, "Qarabağ"ın da oyunu var və həmin matçı izləmək üçün heç kim gecikməyəcək. Ancaq nəzərə almaq lazımdır ki, stadionda oyunu işıqlandıran 60-70 nəfər jurnalist olacaq".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlanacaq.

Açar sözlər:

Oxunub: 926


Oxşar xəbərlər