Gədəbəydə ana və qızını maşın vurub


21:11     19 Avqust 2020 qeza_yeni.jpg

Gədəbəydə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən ana və qızını vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1323