Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb


09:23     20 Avqust 2020 20_08_20_1597872455.jpg

Şirvanda itkin düşən 80 yaşlı kişi İmişli rayonunda tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, təxminən, saat 23 radələrində 1940-cı il təvəllüdlü Nağıyev Rəhbər Şəkəralı oğlu İmişli rayonunda tapıldığı məlum olub.

Rayon sakini Şirvan Polis Şöbəsinin növbətçi hissəsinin telefonuna zəng edərək onu öz evinə apardığını və yaxınlarına bu barədə məlumat vermələrini xahiş edib.

Yaxınlarının bildirdiyinə görə, ahıl kişinin itkin düşməsinə səbəb onun yaddaş pozğunluğu olub.

Qeyd edək ki, avqustun 18-də axşam saatlarında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11, mənzil 34-də yaşayan R.Nağıyevin evdən çıxaraq bir daha geri qayıtmaması haqqında məlumat verilmişdi.

Açar sözlər:

Oxunub: 1147