Biləsuvarda narkotacirlər saxlanılıb
10:12 20 Avqust 2020

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G. Həsənova və R. Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundanFemida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Oxunub: 976
Oxşar xəbərlər
- Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
- Biləsuvarda velosiped traktora çırpılıb, ölən var
- Biləsuvarda minik, Kürdəmirdə yük avtomobili yanıb
- Biləsuvarda postda COVID-19 xəstəsi saxlanıldı
- Biləsuvarda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
- Biləsuvarda şahin quşlarını ovlamaq istəyən şəxs saxlanılıb - FOTO
- Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb
- Biləsuvarda 24 yaşlı qadını avtomobil vurub
- Biləsuvarda şəhid ailələləri üçün mənzillər tikilir
- Biləsuvarda 35 nəfər cərimələndi