Ermənistanda son sutkada 263 nəfər COVID-19-a yoluxub


12:09     20 Avqust 2020 20_08_20_1597907365.jpg

Ermənistanda son sutka ərzində 263 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.


Femida.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 42 319 nəfərə çatıb.

Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 836 nəfərə çatıb.

Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 476 nəfərdir.

Açar sözlər:

Oxunub: 1118