Binəqədidə qadın evdən 12 000 manatlıq əşya oğurladı


13:33     20 Avqust 2020 2019/12/qadin-hebs22_1576837184.jpg

Binəqədi rayonu ərazisində oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12 000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1369