Qarabağın yeni təyin olunan hərbi prokuroru KİMDİR? - DOSYE


14:17     20 Avqust 2020 2020/08/7e4ca893-16f3-4b42-88cd-8d19892e2f2f_1597919076.jpg

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Surxay Hüseynov Qarabağ hərbi prokuroru vəzifəsinə təyin edilib.

Femida.az xəbər verir ki, Hüseynov Surxay Xəlil oğlu Gəncə hərbi prokurorluğunda müstəntiq, prokuor köməkçisi, prokuror müavini, Lənkəran hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində qulluq keçmiş, Gəncə və Zaqatala hərbi prokuroru vəzifələrini icra etmişdir. Ədliyyə polkovnik-leytenantıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 4763