Müharibə əlillərinə 250 avtomobil veriləcək


14:55     20 Avqust 2020 2020/08/1597919364102_CibdhzuU_1597922033.jpeg

Müharibə əlilləri və digər imtiyazlı şəxslərə bu ilin sonunadək daha 250 avtomobil veriləcək.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu il həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək.

Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1035