İki metro stansiyasında bu hissələr açıldı


09:57     21 Avqust 2020 20_08_21_1597988313.jpg


Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 21.08.2020 tarixindən metronun “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Femida.az

Açar sözlər: #metro  

Oxunub: 1291