Gömrük siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alıb


10:16     21 Avqust 2020 20_08_21_1597991985.jpg

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.


Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3 800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1298