Ermənistanda koronavirusdan ölənlərin sayı artdı


10:58     21 Avqust 2020 20_08_21_1597993330.jpg


Ermənistanda son sutka ərzində daha 158 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 477 nəfərə çatıb.

Son sutkada 6 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 842 nəfər olub.

İndiyədək 35 693 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 253 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 971