"Bağışlanan əmlakı geri almaq üçün istisna hallar var" - Notariat Palatasının sədri


12:04     21 Avqust 2020 20_08_21_1597996661.jpg

Hər bir şəxs öz əmlakını digər bir şəxsə bağışlaya bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olduğu üçün ondan imtina edilə bilməz. Lakin bir neçə istisna hallar var.

Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi tərəfindən keçirilən notariat fəaliyyəti bağlı ictimai müzakirədə Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov deyib.

“Bağışlama üçün vacib olan hüquqi amillərdən hər hansı biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər. Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxdursa, həmin şəxs öz əmlakını əvəzsiz əqd olaraq qeyri şəxsə bağışlaya bilər.

Yalnız həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər varsa və bu fakt məhkəmə qaydasında təsdiqlənərsə, həmin müqavilənin ləğvi baş tuta bilər” – deyə H.Məmmədov qeyd edib.

H.Məmmədov bildirib ki, məhkəmə mübahisəsi olmnadan hər iki tərəf könüllü şəkildə bağışlamanı ləğv etmək istəsə, ləğv barədə saziş bağlanır və mülkiyyət əvvəlki sahibinə qaytarılır.

Femida.az

Açar sözlər: #ədliyyə   #notariat  

Oxunub: 9798