Azərbaycanda mobil telefonla 20 min notariat hərəkəti yerinə yetirilib


12:09     21 Avqust 2020 20_08_21_1597998156.jpg


Azərbaycanda gündəlik 10 mindən çox notariat hərəkəti yerinə yetirilir.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi tərəfindən keçirilən notariat fəaliyyəti bağlı ictimai müzakirədə Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Həsənov deyib.

O qeyd edib ki, son dövrlər xüsusilə "mobil notariat" proqramına qarşı xüsusi maraq var.

"Ötən il istifadəyə verilən "Mobil notariat" tətbiqi vətəndaşlar tarasında inam yaratdı. Artıq tətbiq 60 min nəfər tərəfindən yüklənilib. O cümlədən bu proqram vasitəsi ilə indiyədək 20 min notariat hərəkəti yerinə yetirilib".

Qeyd edək ki, ötən il Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilən "Mobil Notariat" tətbiqi vasitəsi ilə bəzi etibarnamələrin elektron formada rəsmiləşdirilməsi, o cümlədən sürüclərə elektron etibarnamələrin verilməsi mümkündür.



Femida.az

Açar sözlər: #ədliyyə   #mobil   #etibarnamə  

Oxunub: 11950