ABŞ-da azərbaycanlılara hücum edən ermənilərlə bağlı araşdırma aparılıb


13:02     21 Avqust 2020 usa_police_180615.jpg

ABŞ-ın Los-Anceles şəhərində iyulun 21-də ermənilər tərəfindən azərbaycanlılara qarşı hücumları araşdıran işçi qrupu hesabat hazırlayıb.

Femida.az xəbər verir ki, bu barədə işçi qrupun onlayn konfransında məlumat verilib.

Şahid ifadələrinin foto və video görüntülər təhlili nəticəsində müəyyən eidlib ki, aksiyada iştirak edən azərbaycanlıların sayı təxminən 60 nəfər ermənilərin sayı isı 3-5 min arası olub.

Ermənilər tərəfindən başlayan hücum nəticəsində ümumilikdə 15-20 azərbaycanlı döyülüb və ağır xəsarət alanlar olub.

Bundan başqa, ermənilər Azərbaycan bayrağına nalayiq hərəkətlər edib, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədiblər. Ermənilər arasında ASALA terror təşkilatının emblemi olan köynəklərdə adamlar da olub.

ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etmək məqsədi ilə hazırlanan hesabat təkcə digər dövlətlərin xarici işlər nazirliklərinə də göndəriləcək.

Qeyd edək ki, işçi qrupunun tərkibinə aşağıdakı alimlər daxildir:

1. Professor Əmir Əliyev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

2. Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə - MG Consulting şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

3. Profesor Leonard Hummer - ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi.

4. Professor Adel Abdullin - Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq və Avropa hüququ” kafedrasının müdiri, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

5. Professor Revol Valeyev - Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

6. Professor İlyas Doğan - Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

7. Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov - ADA Universitetinin müəllimi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

8. Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

9. Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə - Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi, ADA Universitetinin müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

10. Hüquqşünas Əliməmməd Nuriyev, “Şəffaflıq” Azərbaycan təşkilatının rəhbəri, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

Femida.az

Açar sözlər:

Oxunub: 1399