Belarus ordusu genişmiqyaslı təlimlər keçirəcək


18:11     21 Avqust 2020 20_08_21_1598005827.jpg

Belarus ordusu Qərb Əməliyyat Komandanlığının rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirəcək.

Femida.az -ın TASS-a istinadən verdiyi xəbər görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təlimlər avqustun 28-31-də baş tutacaq.

“Hərtərəfli taktiki təlimlər üçün inteqrasiya olunmuş qüvvələrdən ibarət qrup təşkil olunub. Buraya hərbi hava qüvvələri, motorlu tüfənglər, zirehli texnika, artilleriya bölmələri, pilotsuz uçuş aparatları və elektron müharibə sistemləri daxildir”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Açar sözlər:

Oxunub: 1279