190 manatın verilməsinə başlanıldı
15:28 21 Avqust 2020
Birdəfəlik ödəmənin (190 manat) verilməsinə başlanılıb.
Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosisal Müdafəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb:
“ Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülür. Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsi əhatə edir. Bu artıq 4-cü ödəmədir. Bu məqsədlə ümumilikdə 333 milyon manat vəsait sərf olunub”.
Femida.az
Oxunub: 1142
Oxşar xəbərlər
- 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb
- 190 manatlıq ödənişlər köçürüldü
- 190 manat məbləğində birdəfəlik ödənişin verilməsi yekunlaşdırılıb
- 190 manat alacaq şəxslərin siyahısı banklara göndərilib
- 190 manatla bağlı suala aid daha bir açıqlama
- 190 manat nə vaxt veriləcək? - Nazir müavini açıqladı
- 190 manatın verilməsinə başlanıldı
- 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - Yeni açıqlama
- 190 manat ala bilməyənlərə ŞAD XƏBƏR - Yenidən müraciət edə bilərsiz
- 190 manata görə SMS almayanların nəzərinə! Bu sayta daxil olun