Bakının bir küçəsində hərəkət məhdudlaşdırılacaq


19:12     21 Avqust 2020 2020/08/1598020248352_tQw0GPAK-(1)_1598021519.jpeg

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 1348