Komitə: Azərbaycanda boşanmaların sayı artıb


20:12     21 Avqust 2020 20_08_21_1598025278.jpg

“Hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var”.

Femida.az -ın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində yer alıb.

Qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığı və boşanmaların artdığı müşahidə edilir: “2011-ci ildə nikahların sayı 88 145 idisə 2019-cu ildə bu rəqəm 63 869 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7-dən 6,4-ə qədər azalıb. 2011-ci ildə boşanmaların sayı 10 747 idisə, 2019-cu ildə bu rəqəm 17 148 təşkil edib. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb. Bu gün bütün səylər göstərilməlidir ki, ailə institutu qorunub saxlanılsın və daha da möhkəmləndirilsin”.

Açar sözlər:

Oxunub: 1463