Ağstafada 2 maşın toqquşub, qadın və nəvəsi yaralanıb


21:59     21 Avqust 2020 20_08_21_1598031203.jpg

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağkəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 2 nəfər – qadın və nəvəsi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1523