ÜST COVID-19-un mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb
10:33 22 Avqust 2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb.
Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove cümə günü keçirilən brifinqdə deyib.
Qrupun rəhbəri bildirib ki, mutasiyanın müəyyən edilməsi üçün yaradılan xüsusi işçi qrupu hazırda sözügedən prosesin necə baş verməsini, onunla davranmanın optimal yollarını araşdırır.
Maria Van Kerkxove əlavə edib ki, COVID-19-un mutasiya dövründə hansı təsirə malik olmasını müəyyənləşdirmək məqsədilə daha çox araşdırma tələb olunur.
Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 22,2 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 782 mindən çox insan ölüb.
Oxunub: 1073
Oxşar xəbərlər
- ÜST yeni koronavirus dalğasını elan edib
- ÜST meymunçiçəyi xəstəliyinin yayılma riskini qiymətləndirib
- ÜST mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı araşdırmaya başlayıb
- ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
- ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib
- ÜST növbəti pandemiyaya hazırlaşır?- Yeni infeksiya harda yaranacaq
- ÜST “stels-omikron” üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış edib
- ÜST yeni koronavirusu ilə bağlı məlumatı şərh edib
- ÜST: "Omikron” səhiyyə sistemini alt-üst edib"
- ÜST koronavirusa yoluxan uşaqların müalicəsi ilə bağlı yeni tövsiyələr verib