Neftçalada kafe yanıb


10:55     22 Avqust 2020 20_08_22_1598066784.jpg

Neftçala rayonunun İkinci Qaralı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli binanın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1291