İranda məscidlərdə Məhərrəmlik mərasimləri qadağan edilib


10:58     22 Avqust 2020 20_08_22_1598066899.jpg

İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.

Femida.az -ın məlumatına görə, bu, Tehran vilayəti Məscidlərinin Məsələlərin Araşdırılması üzrə Mərkəzinin bəyanatında qeyd olunub.

Məlumatda bildirilir ki, bu qadağa İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar məscidlərin qapalı məkan olduğu üçün qəbul olunub: "Məscidlərin imamları, təşkilatçıları və nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər. Sadəcə, camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.


Həmçinin, açıq məkanları (məscidlərin həyətləri və s.) olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar".

Açar sözlər:

Oxunub: 1141