Qadınlar hərbi xidmətə çağırıldı- AZƏRBAYCANDA


21:20     10 Dekabr 2015 1449664678_sasas.jpg

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir.



Femida.az xəbər verir ki, bu barədə DQ-dən məlumat verilib. Xidmətə qəbulun şərtləri:
- hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli;
- boy ölçüsü 170 sm-dən yuxarı;
- yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan;
- ən azı orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri:
- xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4. Əlaqə telefonu: (012) 560 - 27 - 00

Açar sözlər:

Oxunub: 3034