İranla sərhəddə narkotik bağlaması aşkarlanıb
11:21 22 Avqust 2020
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-dan verilən xəbərə görə, 17 avqust tarixdə, saat 11:25 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram narkotik vasitə (1 kq 40 qr “heroin”ə və 1 kq 100 qr “metamfetamin”ə) oxşar maddələraşkar olunaraq götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 1433
Oxşar xəbərlər
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- Azərbaycan İranla memorandum imzalayıb
- İranla İraq arasında diplomatik gərginlik artır
- Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb
- İranla iqtisadi əlaqələrin inkişafı müzakirə edilib
- İranla sərhədimizdə 3 minə yaxın mina tapılıb
- DSX: "İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxlanılıb, narkotik aşkarlanıb"
- İranla "Taliban" arasında ticarət əlaqələrini davam etdirməyə dair razılıq əldə olunub
- İranla sərhəddə 2 hərbçimiz şəhid oldu
- DGK: İşğaldan azad edimiş ərazilərdə İranla gömrük postu açıla bilər