İranın yeni səfirindən ilk açıqlama


15:44     22 Avqust 2020 20_08_22_1598099091.jpg

Avqustun 21-də İran İslam Respublikasının səfiri olaraq dost və qardaş Azərbaycana gəldim.

Femida.az xəbər verir ki, bunu İranın Bakıdakı yeni səfiri Abbas Musəvi “Twitter” hesabında yazıb.

“Yüksək siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələrimizi də inkişaf etdirəcəyimə ümidvaram”, - deyə səfir əlavə edib.

Xatırladaq ki, A.Musəvi buna qədər İran Xarici İşlər Nazirliyinin sözçüsü olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1326