Gömrükdə qaçaqmalçılığın qarşısı alındı


16:09     22 Avqust 2020 20_08_22_1598099129.jpg


Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə tibbi ləvazimatlar və mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az -a bildirilib ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Man” və “Volvo” markalı yük avtomobilləri saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən müxtəlif adda 29 ədəd inyeksiya vasitəsi və 5 ədəd aksesuarları ilə birlikdə “OnePlus 7 Pro 256 GB” markalı mobil telefon aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1461