İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
17:58 22 Avqust 2020
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür.
Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir.
Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Femida.az
Oxunub: 3788
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM