ETSN: Talaçay və Zaqatala məntəqəsindən sel keçdi


20:40     22 Avqust 2020 2020/08/837ed5f3-f73e-3dc2-871d-d2ca2bda1663_850_1598114508.jpg

Milli Hidrometeorologiya Xidmətinin avqustun 22-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Zaqatala, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Ağstafa, Balakən, Tovuz, Şəmkir, Yevlax, Dağkəsəmən (Qazax), Şərur, Göygöl, Xınalıq, Ceyrançöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.aza verilən məlumata görə, Balakən, Zaqatala ərazisinə yağan güclü yağış nəticəsində Balakənçay, Talaçaydan və Zaqatala məntəqəsindən sel keçib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1396