Mobil telefonlar gömrükdə yazılı formada bəyan ediləcək
21:35 22 Avqust 2020
“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” genişləndirilib.
Femida.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Femida.az
Oxunub: 1434
Oxşar xəbərlər
- Mobil telefona görə imtahandan xaric edildi
- Mobil operatorların şüaları ilə bağlı 17 şikayət daxil olub
- Mobil telefonla baş etibarnamə verilməsi mümkün oldu
- Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar
- Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi
- Mobil məhkəmə tətbiqi rəsmən istifadəyə verilib
- Mobil Babayev və Ruhəngiz Qasımova təltif edilib
- Mobil rabitə sektorunun gəlirləri yarım milyard manatı ötüb
- Mobil operatorlar 500 milyona yaxın gəlir əldə edib - 7 ayda
- Mobil operatorlar 4 ayda milyonlar qazandı