Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
11:21 23 Avqust 2020
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.
Karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Katex kəndi ərazisində növbəti reyd keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, Polis Şöbəsinin rəisi Mehman Əliyevin və digər idarə və təşkilatların rəhbərlərinin iştirak etdiyi reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl olunması, ictimai nəqliyyatda tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb. Həmçinin, xüsusi karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, istirahət məqsədilə rayona gələn şəxslərin aşkar olunması istiqamətində tədbirlər davam etdirilib. Qaydaları pozanlar barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
Femida.az
Oxunub: 1152
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb