Ermənistanda pandemiya ilə bağlı vəziyyət gərgindir


11:32     23 Avqust 2020 2020/03/koronavirus_1585572132.jpg

Ermənistanda daha 176 nəfərdə koronavirus aşkarlanıb.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 792-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 852-yə çatıb. İndiyədək 35 991 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 694 aktiv koronavirus xəstəsi var.

Femida.az

Açar sözlər:

Oxunub: 1064