Abel Məhərrəmov və Əli Abbasov toya görə cərimələndi


12:11     23 Avqust 2020 2020/08/abel-1598168134_1598170323.jpg

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən şəxslər cərimələnib.

Femida.az xəbər verir ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, karantin qaydalarını pozaraq qızına toy mərasimi keçirən sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 4413