Sabiq deputatın keçirdiyi toya gedən daha 17 nəfər cərimələndi - Fotolar


14:41     23 Avqust 2020 20_08_23_1598182290.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha 17 nəfər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, həmin şəxslər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə müxtəlif məbləğlərdə cərimə ediliblər.





Femida.az

Açar sözlər:

Oxunub: 1684