Oğuzda hasar qaz xəttinin üzərinə aşıb, 500 abonent qazsız qalıb


15:46     23 Avqust 2020 20_08_23_1598183209.jpg

Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşaraq onları yararsız hala salıb.


“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qaz təchizatının bərba edilməsi istiqamətində iş aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1295