DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək


10:24     24 Avqust 2020 2020/08/f347a93c-8edd-350a-a3a0-7b9594c3435f_850_1598250385.jpg

Avqustun 27-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtaha Mərkəzindən Femida.az-a verilən məlumata görə, imtahana yalnız yanvarın 9-dan martın 3-dək "Şagirdin elektron ərizəsi"ni təsdiq etmiş şagirdlər buraxılırlar.

İmtahanda iştirak etmək istəyən şagirdlər 2020-ci il 24 avqust saat 23:59-dək DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ni çap etməlidirlər.

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də test üsulu ilə keçiriləcək.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

Azərbaycan dili;
Riyaziyyat.
Hər fənn üzrə 30 qapalı tipli sual təqdim edilir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən şagirdlər:

- şəxsiyyət vəsiqəsi;

- İmtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlərlə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçısı və onu müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısını müşayiət edən şəxs tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Femida.az

Açar sözlər:

Oxunub: 906