İşə qəbul imtahanları davam edir


10:45     24 Avqust 2020 2020/08/bc262885-0c68-3e6f-8965-dd2dae88eb26_850_1598250453.jpg

Bu gün fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçiriləcək.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, imtahanlarda 3 550 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 957