DMX rəisi yeni Fərmanla bağlı məlumat yaydı


12:40     24 Avqust 2020 miqrasiya1.jpg

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ilə bağlı məlumat yayıb.

Femida.az-ın məlumatına görə, DMX rəisi bildirib ki, Prezindetin miqrasiya xidmətləri ilə bağlı yeni Fərmanına əsasən, artıq əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin (viza müddəti və ya 90 gün vizasız qaydada olma müddəti) uzadılması; Vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma; Miqrasiya Xidmətinin fəalliyyət istiqamətləri üzrə arayışların (olduğu yer üzrə qeydiyyata alınmasına dair, müraciətlərin icrada olmasına dair və s.) verilməsi ilə bağlı müraciətlərin qəbulu ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Vətəndaşlar "ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrinə müraciət edilə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1042