Yeni icra başçısı Faiq Qürbətov - KİMDİR?


14:05     24 Avqust 2020 2020/08/22384393_1857925194222527_7799538650969942458_o_1598263702.jpg

Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Femida.az xəbər verir ki, yeni icra başçısı Faiq Qürbətov Bakıda doğulub. Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirib.

Mədəniyyət və Turizm Nazirliyində işləyib. Daha sonra uzun müddət gənclər sektorunda çalışıb. 2012-2018-ci illərdə Azərbaycan Gənclər Fondunda çalışıb. Burada Aparat Rəhbəri vəzifəsinə qədər yüksəlib.

Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O 2018-ci ildə İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Faiq Qürbətov 2016-cı ildə Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.













Femida.az

Açar sözlər: #FaiqQürbətov   #Biləsuvar   #icra  

Oxunub: 10069


Oxşar xəbərlər