Bəzi universitetlər Nardarana köçürülə bilər
21:45 10 Dekabr 2015
Bakının mərkəzində yerləşən ali təhsil ocaqlarının şəhərətrafı ərazilərə köçürülməsi məsələsi bir neçə dəfə gündəmə gətirilsə də, hələ ki bu istiqamətdə real iş görülməyib.
Femida.az xəbər verir ki, lakin yaxın zamanlarda şəhərdəki sıxlığın azalması baxımından əhəmiyyətli sayılan bu məsələnin gerçəkləşdirilməsi istiqamətində addım atıla bilər. Hökumətdəki mənbələrdən Modern.az saytına verilən məlumata görə, universitetlərin Bakıətrafı əraziyə köçürülməsilə əlaqədar sənədin hazırlanması yekunlaşmaq üzrədir.
Artıq bununla bağlı, yaxın zamanlarda konkret addımlar atılacağı bildirilir.
Maraqlıdır ki, verilən məlumata görə, universitetlərin bir neçəsinin Maştağa-Nardaran qəsəbəsi istiqamətinə köçürülməsi də bu planın tərkib hissələrindən biridir.
Oxunub: 897
Oxşar xəbərlər
- Bəzi qaz sayğacları niyə hələ də sıfırlanmayıb? - Rəsmi AÇIQLAMA
- Bəzi məktəblərə muxtariyyət veriləcək
- Bəzi dərmanların qiyməti təsdiqlənib
- Bəzi yerlərə qar yağacaq
- Bəzi nazirlikləri ləğv etməyin zamanıdır - Deputat
- Bəzi ölkələrdə səfirliklər ixtisar olunsun - Deputatdan təklif
- Bəzi avtomobil yollarında sürüşmələr aktivləşib
- Bəzi yarmarkalarda qurbanlıq heyvanlar ucuzlaşıb - VİDEO
- Bəzi rayonlara yağış yağacaq
- Bəzi plan yerləri boş qala bilər - DİM