Netanyahu və Putin arasında telefon danışığı olub


18:02     24 Avqust 2020 2020/08/1598277287052_u8JL07Ot_1598277845.jpeg

İsrailin Baş naziri Benyamin Netanyahu və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Femida.az
n xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.

Liderlər İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli münasibətlərin tam normallaşması ilə bağlı son razılaşma kontekstində Yaxın Şərqdə münasibətlərin nizamlanmasına dair fikir mübadiləsi aparıblar. Onlar İsrail ilə BƏƏ arasındakı razılaşmanın bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiklərini bildiriblər. Rusiya Prezidenti ölkəsinin Fələstin probleminin ədalətli, hərtərəfli və davamlı həllini dəstəklədiyini vurğulayıb.

Netanyahu və Putin Suriyadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Beynəlxalq terrorizmə qarşı mübarizə məqsədi ilə Suriya məsələsində iki ölkə arasında koordinasiyanın davam etdirilməsində qarşılıqlı maraq ifadə edilib.

Telefon danışığı zamanı Rusiya-İsrail əməkdaşlığı, ticari-iqtisadi sahədə bəzi aktual problemlər müzakirə olunub. Koronavirus pandemiyası ilə mübarizə, o cümlədən klinik tədqiqatlar və peyvənd istehsalı sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəlinib.

Açar sözlər:

Oxunub: 1268