Türkiyədə son sutkada 18 nəfər koronavirusdan ölüb


20:56     24 Avqust 2020 2020/08/1598288129190_VW0qF8YX_1598288251.jpeg

Türkiyədə son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 95 943 şübhəli koronavirus testindən keçib, onlardan 1443-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 796 nəfər olub, sağalan xəstələr isə 53 nəfər ondan az olub - 743 xəstə sağalaraq evə buraxılıb.


Türkiyədə ümumilikdə 259 692 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 237 908 nəfər sağalıb, 6139 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 1183