Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub


21:23     24 Avqust 2020 2020/08/8857696_1598289858.jpg

Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, hadisə Ninotsminda bələdiyyəsinin Toriya kəndində baş verib.

Davanın milli deyil, məişət zəmində baş verdiyi vurğulanıb. Belə ki, mal-qaranın qonşu örüş sahəsinə girməsi ilə iki tərəf arasında münaqişə başlayıb.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılsa da, artıq onların hamısı buraxılıb.

Açar sözlər:

Oxunub: 1284