KOBİA-da kadr dəyişikliyi olub


11:01     25 Avqust 2020 2020/08/6ef5869e-b233-4afc-9ad8-fa98657dab0a_850_1598338827.jpg

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin direktoru Elşən Qurbanov vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, şirkətə rəhbərlik Azər Hüseynova həvalə olunub.

Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında 500 min manat nizamnamə kapitalı ilə yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1097


Oxşar xəbərlər